Ağakərimin oğlu: “Atamın görüntülərinin çəkilməsinə icazə verməmişəm”

saytların hazırlanması

Evə çatdırılma

Ağakərimin oğlu: “Atamın görüntülərinin çəkilməsinə icazə verməmişəm”

Şou

06 Oktyabr 2025 16:21 418


Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu atasının son günlər sosial şəbəkələrdə yayılan görüntülərinin etirazla qarşılanmasından danışıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, sözügedən videonun köhnə olduğunu bildirib:

“Mən heç kimə atamın görüntülərini çəkməsinə icazə verməmişəm. Həmin görüntülər də məndən icazəsiz çəkilib. Mənə də sözügedən videonu göndərirlər. Artıq hamıya deməkdən yorulmuşam ki, köhnədir. Marqarita pizza

Televiziyada işləyirəm. İş yoldaşlarım da soruşurlar. Deyirəm ki, köhnə məlumatdır. Təzə nəsə olsa, ən birinci xəbəri mən özüm verəcəyəm”.

Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 3 dəfə insult keçirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!