Ağakərimin son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağakərimin son vəziyyəti açıqlandı

Şou

01 May 2024 19:28 589


Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. 

Yenisabah.az Axsam.az-a istinadən xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə” verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. 

“Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa qaldırar, mənimlə əlaqə saxlasın”, - deyə o bildirib.  Toyuqlu pizza

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!