Qarabağa köç prossesinə gələn ilin əvvəllərində start veriləcək. Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kəndin” inşası tamamlanmaq üzrədir. 28 illik həsrətdən sonra zəngillanlılar öz ata-baba yurdlarına qovuşacaqlar.
Ağalı kəndinə iki mərhələdə neçə ailənin köçürülməsi nəzərdə tutulur? Ata-baba yurdlarına dönən zəngillanlılar necə dolanacaqlar, əsas məşğuliyyətləri nə olacaq?
Zəngilan Rayon İcra Hakimiyyətini başıcısının Ağalı kəndi üzrə nümayəndəsi Gəray Hüseynov Yenisabah.az-a açıqlamasında bildirib ki, hansı ailələrin konkret olaraq oraya köçürülməsi hələ ki müəyyən edilməyib. pizza
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam edir:
“Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Agentliyi bu işlə məşğuldur və onlar həmin siyahını tərtib edirlər. Hazırda sakinlərin işlə təmin olunması üçün müəyyən işlər görülür. Çox güman ki, o məqam gəlib çatanda onlar işlə də təmin olunacaqlar. Biz ilkin mərhələdə 250-300 ailənin köçürülməsini planlayırıq. Əgər hər şey hazır olsa, bu ilin sonuna kimi köçürülmə baş tutacaq”.
G.Hüseynov Ağalı kəndinə köçmək istəməyən ailələrlə bağlı məsələyə aydınlıq gətirib:
“Köçmək istəməyən ailə yoxdur, ora onların hamısının doğma yurd-yuvalarıdır, həvəslə köçəcəklərini düşünürəm. Ancaq bunu dəqiq bir məlumat kimi deyə bilmərəm, çünki köçmək istəməyənlərin kimliyi konkret olaraq köç zamanı aydın olacaqdır”.
Ayzel
Telegram kanalımız