Ağamalıdan Kəmaləddin Heydərova dəstək

saytların hazırlanması

Evə çatdırılma

Ağamalıdan Kəmaləddin Heydərova dəstək

Sosial

27 Mart 2019 01:23 1072


Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün 1000-dək mağazası olan "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyinin ayrı-ayrı tanınmış şəxslər tərəfindən günahlandırılmasına münasibət bildirib. 

Deputat  açıqlamasında deyib ki, baş vermiş bu yanğın hadisəsinə görə FHN-nin işinə kölgə salmaq doğru deyil:

"Fövqəladə Hallar Nazirliyi həmişə olduğu kimi, bu hadisə zamanı da öz yüksək peşəkarlığını ortaya qoymağa çalışdı. Ancaq nə etmək olar ki, baş verən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyindən asılı olmayan səbəblər var idi. Bu baxımdan kim Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə kölgə salmağa çalışırsa, o ciddi səhvlərə yol verir. Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində hər zaman üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirib". pizza

Demokrat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!