Ağamirzə çağırış etdi: “Uşağınızı dənizə aparmayın“ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ağamirzə çağırış etdi: “Uşağınızı dənizə aparmayın“ - VİDEO

Şou

23 İyul 2024 11:59 903


Meyxanaçı Ağamirzə valideynlərə çimərliklərlə bağlı çağırış edib.

Yenisabah.az xəbər verir ki,meyxanaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, dənizdə batanlardan danışıb: pizza mizza

"Allaha and olsun nə göydə, nə yerdəyəm. Sizdən xahiş edirəm, xalqım, millətim, uşaqlarınızı dənizə aparmayın. Aparın, qoymayın çimməyə, əllərin yudu, ayağını suya saldı bəsdir. Ürəyim dözmür, nə qədər ölüm xəbəri olar. Hər birinizdən xahiş edirəm, pis oluram. Nə qədər xəbərlər eşidirik: uşaqlar, cavanlar, yaşlılar. Qırıldıq getdik. Ləzzətini qoyduq bir yana, yoxdur yoxdur, çimməyin, girməyin suya. O qədər xəbər alıram ki, ürəyim dözmür. Dedim belə müraciət edim. Özünüz də getdiniz, nəzarət edin. Nə dənizə, nə kanala, nə gölə, nə uşaqlarınız, nə özünüz gedin. Dayanın kənarında havasını alın bəsdir. Elə pis olmuşam ki...".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!