Ağaxan Salmanlının harada dəfn olunacağı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağaxan Salmanlının harada dəfn olunacağı açıqlandı

Şou

29 Fevral 2020 11:05 1209


Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq. "Yeni Sabah" bildirir ki, bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib. Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək. "Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq", - P.Nurəliyeva bildirib. Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!