Ağayevin yarımfinaldakı rəqibi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Ağayevin yarımfinaldakı rəqibi bəlli oldu

İdman

06 Avqust 2021 15:30 971


Karateçimiz Rafael Ağayev (75 kq.) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, idmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajikanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək. O, artıq ilk üç döyüşündə qələbə qazanıb və liderliyə yüksəlib və son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala yüksəlib. O, son görüşündə italiyalı rəqibi Luici Busaya uduzaraq ikinci yeri tutub.

Yarımfinalda idmançımızın rəqibi Karol Harspataki (Macarıstan) olub. Harspataki  Avropa Oyunlarının (2019) bürünc mükafatçısıdır. O, Avropa çempionatında gümüş (2018) və bürünc (2017) medal da qazanıb. Digər yarımfinalda Luici Busa ilə Ukrayna idmançısı Avropa çempionu, Dünya və Avropa oyunlarının qalibi, dünya çempionatının bürünc mükafatçısı Stanislav Horuna qarşılaşacaq. pizza hut

Qeyd edək ki, bu çəkidə yarımfinal matçlarının Bakı vaxtı ilə saat 15.22-də, final görüşünün isə 15.50-də başlaması nəzərdə tutulur. 

Ağayevin döyüş proqramı:

1) Rəfael Ağayev - Noa Biç - 2:1.

2) Rəfael Ağayev - Çuneari Yahiro - 5:0

3) Rəfael Ağayev - Nurkanat Ajikanov - 3:2

4) Rəfael Ağayev - Luici Busa 1:3

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!