Ağcabədi sakinindən 7 kq-dan artıq narkotik götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədi sakinindən 7 kq-dan artıq narkotik götürüldü

Kriminal

28 İyul 2022 16:38 1198


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Dominos pizza

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!