Ağcabədidə ağır qəza: Ölən və xəsarət alanlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə ağır qəza: Ölən və xəsarət alanlar var - Fotolar

Hadisə

26 İyun 2024 17:36 836


Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib, hər iki sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyətləri müəyyən edilməyib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!