Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Kriminal

10 May 2021 11:10 1129


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kəndində yaşayan Siyasət Məmişov saxlanılıb.

Onun meşə zolağında narkotik tərkibli bitkilər əkdiyi müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman 210 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb. pizza mizza

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!