Ağcabədidə maşın kanala düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə maşın kanala düşdü

Hadisə

24 Mart 2025 14:31 353


Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.

Ağcabədi rayon Hüsülü kənd sakini, 1995-ci il təvəllüdlü Tural Ziyafət oğlu Ağayev idarə etdiyi VAZ-21099 markalı 14 BB 922 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Toyuqlu pizza

Nəticədə T.Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb.

Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!