Ağcabədidə qanunsuz tikili söküldü

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə qanunsuz tikili söküldü

Sosial

03 May 2025 14:27 321


Ağcabədidə qanunsuz tikili sökülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində fiziki şəxs Əliyev Seymur Həsən oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. pizza sifarişi

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    KƏND NÜMAYƏNDƏSİ, BƏLƏDİYYƏ SƏDRİ NİYƏ ƏVVƏLCƏDƏN TİKİNTİYƏ GÖZ YUMUB TİKİLƏNDƏN SONRA SÖKÜNTÜ İŞLƏRİ APARILIB?
    12 months ago