Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.
Nəticədə 17 yaşlı gənc hadisə yerində ölüb, avtomobildə olan sərnişin 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb. pizza sifarişi
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız