Ağcabədidə qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə qəza: Xəsarət alanlar var

Hadisə

23 Yanvar 2024 00:26 799


Ağcabədidə minik və yük avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub. pizza sifarişi

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Yasəmən Məmməd qızı Quliyeva, 1998-ci il təvəllüdlü Rəqsanə Natiq qızı Ələsgərova, 1982-ci il təvəllüdlü Kənan Əvəz oğlu Nayibov və Rəvan Gülşad oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!