Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı - Vərəm xəstələri köçürülür

saytların hazırlanması

Evə çatdırılma

Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı - Vərəm xəstələri köçürülür

Sağlamlıq

24 İyun 2020 00:15 2623


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib. 

Yenisabah.az xəbər verir ki, xəstələrin “Sputnik Azərbaycan”a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır: pizza mizza

“Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!