Ağdam sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdam sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Kriminal

17 İyun 2021 11:09 926


İyun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğunun Yenisabah.az-a verilən məlumata görə, Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. pizza sifarişi

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!