Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır

saytların hazırlanması

Evə çatdırılma

Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır

Sosial

10 Oktyabr 2025 18:08 258


Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır.

Yenisabah.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, Ağdam–Ağcabədi yolunun təxminən 15 kilometrlik hissəsi illərdir bərbad vəziyyətdədir. Sakinlərin bildirdiyinə görə, bir neçə il əvvəl ərazidə yol təmiri işlərinə başlanılıb, asfalt örtüyü tamamilə qazılaraq çıxarılıb, lakin işlər yarımçıq saxlanılıb.

Artıq 3 ildir ki, həmin yolda nə təmir aparılır, nə də baxım göstərilir. Yol boyunca yaşayan kənd sakinləri bildirirlər ki, toz və çirk səbəbindən nəfəs almaq çətinləşib, nəqliyyat vasitələri isə daimi nasazlıqla üzləşir. Marqarita pizza

Sakinlər aidiyyəti qurumlardan Ağdam–Ağcabədi yolunda təmir işlərinin bərpasını və yaranmış problemlərin aradan qaldırılmasını tələb edirlər.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!