Ağdamda 6 separatçı təcili yardım maşını ilə gəlib hərbçilərimizə atəş açdı   - TƏXRİBAT

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda 6 separatçı təcili yardım maşını ilə gəlib hərbçilərimizə atəş açdı - TƏXRİBAT

Hadisə

03 Sentyabr 2023 17:24 11401


Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb.

“Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib.

Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb. Dominos pizza

Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb.

Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!