Ağdamda avtoxuliqan saxlanıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda avtoxuliqan saxlanıldı - FOTO

Maraqlı

21 İyun 2022 11:00 860


Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb. pizza

DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Nicat Mehdiyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə xuliqanlıq etdiyinə görə saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən N.Mehdiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!