Ağdamda başçının müavini işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda başçının müavini işdən çıxarıldı

Sosial

04 Sentyabr 2025 15:40 356


Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.

Yenisabah.az banker.az-a istinadla xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən Əliyev vəzifəsindən azad edilib.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi. Dördpendirli pizza

Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur.

V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!