Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü

Hadisə

07 Aprel 2024 14:52 1101


Ağdam rayonunun Novruzlu kəndi ərazisində mina hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət alan yoxdur. Sezar pizza

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!