Ağdamda fərdi yaşayış evində yanğın baş verib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları Mirəşəlli kənd sakini Malik Rəsul oğlu Quliyevə məxsus dördotaqlı fərdi yaşayış evində baş verən yanğını söndürüblər. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız