Ağdamda mina partlayışı: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda mina partlayışı: Xəsarət alan var

Hadisə

02 Aprel 2025 11:58 400


Aprelin 2-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina partlayışı baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. pizza mizza

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!