Ağdamda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Kriminal

28 Avqust 2022 14:10 1084


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb. pizza hut

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!