Ağdamda silah-sursat tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda silah-sursat tapıldı

Maraqlı

11 İyun 2022 11:58 1131


Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin (YPX) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!