Bir müddət öncə Ağdamda valideynlərin zorakılığına məruz qalmış uşaq müəssisəyə yerləşdirilib.
"Yeni Sabah" xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin əməkdaşları 2 azyaşlı qardaşı müayinə və müalicə prosedurlarına cəlb edib.
Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib. pizza mizza
Xatırladaq ki, Ağdamda avqustun 27-də azyaşlı valideynləri tərəfindən zorakılığa məruz qalmışdı.
Telegram kanalımız