Ağdamdan Xankəndiyə gedən yolda qəza baş verib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində olub.
Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Dominos pizza
Nəticədə, sürücü R.Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı sakinləri Abdullayev Sənan, Səmədov Elxan, Şahgəldiyev Aslan, Abbasov Elgiz, Hacıməhərrəmov Zaur xəsarət alıblar.
Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.
Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız