Ağdaşda avtomobil təmiri sexində yanğın:   Avtomobillər yandı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda avtomobil təmiri sexində yanğın: Avtomobillər yandı

Hadisə

25 Avqust 2021 00:58 1291


Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə fəaliyyət göstərən, rayon sakini Gülbəniz Məmmədliyə məxsus avtomobil təmiri sexində yanğın olub. Hadisə zamanı ümumi sahəsi 532 kv metr olan 17 təmir sexindən 4-ü - 140 kv metr hissəsi yanıb. Alov qısa zamanda genişlənib, bu zaman sexdə təmir üçün dayanmış iki ədəd "Opel" və “VAZ-2106” markalı avtomobillər yanıb. Toyuqlu pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!