Ağdaşda cibgirlik edən qadın tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda cibgirlik edən qadın tutuldu

Kriminal

07 Yanvar 2021 13:43 720


Ağdaşda ictimai nəqliyyatda oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini Səlbinaz Həsənova saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq  tədbirləri zamanı saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Onun şəhər ərazisində xətt avtobusunda qadının çantasından pul və bank kartları oğurladığı müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Həsənovanın digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!