Ağdaşda fərdi yaşayış evində yanğın oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda fərdi yaşayış evində yanğın oldu - Video

Hadisə

12 May 2024 16:28 915


Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində baş verib. Dördpendirli pizza

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus, yeddi otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan yeddiotaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!