Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapıldı

Hadisə

06 Mart 2021 15:31 567


Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirərək kömək göstərilməsini xahiş edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Yenisabah.az-a verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar.

Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib. Marqarita pizza

Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!