Ağdaşda meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi, sahibi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi, sahibi saxlanıldı

Kriminal

28 Avqust 2021 18:20 1032


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə kollarının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. pizza hut

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!