Space TV-də Amil Xəlilin «Gəl dərdini danış» layihəsində maraqlı anlar qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Ağdaş sakini İsbəndiyarın ölümü ilə bağlı rayonun Hüşünlü kəndində olan Amil Xəlil mərhumun anası Zənifə xanım ilə hadisədən danışıb. Ana bildirib ki, kəndin içində oğlunu öldürüblər daha sonra guya "cərəyan vurub" adı qoyublar: "Oğlumu kəndin içində lap cərəyan da vursa, mənə xəbər etmədən götürüb aparıblar… Mən 3-4 saat sonra bilmişəm ki, oğlum ölüb. Tək, yetimçiliklə böyütdüyüm oğlumu öldürüblər. Ekspertizanın ikinci cavabını belə mənə vermirlər".
Telegram kanalımız