Ağdaşda yük maşını yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda yük maşını yandı - Video

Hadisə

08 İyul 2023 14:33 1952


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KamAZ” markalı yük avtomobilinin kabinəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib. pizza

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!