Ağdərə istiqamətində nə baş verir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Ağdərə istiqamətində nə baş verir? - Video

Siyasət

06 Noyabr 2020 07:26 22172


Dağlıq Qarabağdakı döyüş əməliyyatları nöqteyi-nəzərindən bu gün əsas marağı hərbi əməliyyatların Ağdərə istiqamətində fəallaşması təşkil edir. Oktyabrın 3-də Suqovuşan və ətraf ərazilər işğaldan azad edildikdən sonra bu istiqamətdə sabit vəziyyət hökm sürürdü. Tərəflər daha çox artilleriya zərbələrindən, həmçinin Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından istifadə edirdi.

Bu fikirlər “Caliber” “YouTube” kanalında yerləşdirilən videoda yer alır. Materialda Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolonun pusquya salınması, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən hərbi kolonun tamamilə məhv edilməsi məlumatlara istinad edilib. 

Bildirilib ki, Papravənd yaşayış məntəqəsi Ağdam istiqamətində döyüş xəttinə paralel gedən yolun bir hissəsidir və bu yol vasitəsilə erməni silahlı qüvvələrinə manevr imkanı yaradırdı. Cəbhə xətti bu istiqamətdə Qapanlının şərq kəndlərinin bir neçə kilometrliyindən keçir.  pizza mizza

Yeri gəlmişkən, erməni silahlı bölmələri Papravənd kəndindən və Ağdərə-Papravənd yolundan Tərtər rayonunu və kəndlərini artilleriya atəşinə tuturdu. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!