Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salındı

saytların hazırlanması

Evə çatdırılma

Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salındı

Sosial

24 İyun 2025 11:47 522


Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Yenisabah.az xəbər verir ki, bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür. Marqarita pizza

İyunun 24-də təşkil olunan köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndi ilə Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən ailələrin sayı müvafiq olaraq 130-a (452 nəfər) və 186-ya (775 nəfər) çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!