Ağdərənin daha bir kəndinə köç başlayır

saytların hazırlanması

Evə çatdırılma

Ağdərənin daha bir kəndinə köç başlayır

Siyasət

10 Oktyabr 2025 10:26 451


“Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun daha bir kəndinə köç başlayır.

“Yeni Sabah” əldə etdiyi xəbərə görə, bu dəfə rayonun Aşağı Oratağ kəndinin sakinləri dogma yurdlarına köçürüləcəklər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidə adıçəkilən yaşayış məntəqəsinə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Dominos pizza

Aşağı Oratağ sakinləri yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.

Ağdərə işğaldan azad edildikdən sonra rayonda tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir. Aşağı Oratağ kəndində sakinlərin daimi yaşayışı üçün hər cür şərait yaradılıb, evlər, sosial müəssisələr təmir olunub, lazımi infrastruktur quraşdırılıb.

Xatırladaq ki, indiyə qədər Ağdərə rayonunun Suqovuşan qəsəbəsi, Həsənriz, Talış, Vəngli, Kolatağ kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad edilib.

1992-ci ildə ləğv edilən Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!