Ağdərənin Talış kəndində evlərə və dəyirmana od vurulub

saytların hazırlanması

Evə çatdırılma

Ağdərənin Talış kəndində evlərə və dəyirmana od vurulub

Kriminal

02 Sentyabr 2020 07:51 1480


Dağlıq Qarabağdakı qondarma rejimin “istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir. 

Məlumata əsasən naməlum şəxs və ya şəxslər 7 yaşayış evini, digər  3 tikilini, habelə yerli dəyirmanı yandırıb. Hadisə ilə bağlı araşdırma aparılır.

2016-cı ilin aprel müharibəsi zamanı Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olsalar da daha sonra hücum əməliyyatı dayandırılıb. Kənd hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır. /Virtualaz.org Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!