Agentlik əməkdaşının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Agentlik əməkdaşının həbs müddəti uzadıldı

Kriminal

29 İyul 2025 19:26 527


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb. Dominos pizza

Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov martın 4-də şübhəli şəxs qismində saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!