Agentlik rəhbəri Şəbnəm Tapdığın iddiası barədə: “Gülməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Agentlik rəhbəri Şəbnəm Tapdığın iddiası barədə: “Gülməlidir”

Şou

19 Dekabr 2023 16:11 8467


Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu onun adından istifadə etdiyinə görə məhkəməyə verəcəyi ilə bağlı açıqlamalar verib. Müğənni bildirib ki, o öz adını rəsmiləşdirib və heç kəs onun adından istifadə edə bilməz. 

Yenisabah.az Manset-ə istinadla xəbər verir ki, məsələyə ilə bağlı Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov münasibət bildirib.

O heç kəsin öz adını rəsmiləşdirməsinin mümkün olmadığını bildirib: Dominos pizza

"Şəxsi adları kim qeydiyyatdan keçirdə bilər axı? O adı harada təsdiqlədib? Şəbnəm Tapdıq 2015-ci ildə Əqli Mülkiyyət Agentliyindən özünün 2 şeirini qeydiyyatdan keçirdib. O şeirin altında yazılıb ki, şeirin müəllifi kimdir. Şeirin sonunda təxəllüs kimi "İlk Şəbnəm" qeyd olunub. Bu əsasla o qeyd etmək istəyir ki, mən öz adımı qeydiyyatdan keçirmişəm. Halbuki o öz adını deyil, şeirlərini qeydiyyatdan keçirdib. Tapdıqova Şəbnəm yazılıb.

Siz özünüz fikirləşin, mənim adım Kamrandır. Mən digərlərinə Kamran adı qoymağa qadağa qoya bilərəmmi? Əlbəttə ki, yox. Bu deyilənlər lətifədir, gülməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fikrət
    Professor Şebnem Korur Fincançı Şebnem Tapdıqdan 3 yaş böyükdür....
    2 years ago