Agentlikdən xəstə heyvanlarla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Agentlikdən xəstə heyvanlarla bağlı AÇIQLAMA

Sosial

08 İyul 2025 09:30 303


Son günlər bəzi sosial media platformalarında və özlərini media qurumu kimi təqdim edən bəzi səhifələrdə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı ilə bağlı əsassız iddialar yayılmağa başlayıb. Belə ki, bəzi istifadəçilər saxta və yalan məlumatlarla həm izləyici cəlb etməyə, həm də proqramın reputasiyasına xələl gətirməyə çalışırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev sosial media hesabında paylaşım edib.

O bildirib ki, proqram çərçivəsində vətəndaşlara xəstə və arıq heyvanların verildiyinə dair yayılan görüntülərin həqiqətlə heç bir əlaqəsi yoxdur və bu iddialar Agentliyin fəaliyyətinə aid deyil. Onun sözlərinə görə, yayımlanan görüntülər xarici ölkələrdə – biri Rusiyada, digəri isə Afrika ölkələrindən birində çəkilib və bu faktı internet üzərindən sadə axtarış vasitəsilə asanlıqla təsdiqləmək mümkündür. Marqarita pizza

Musayev qeyd edib ki, bəzi sosial media istifadəçiləri bilərəkdən yalan məlumatlar yaydıqdan sonra, bəzi səhifələr də bu iddiaları heç bir araşdırma və rəsmi mövqe olmadan paylaşır. Bu cür məsuliyyətsiz davranışlar dövlətin həyata keçirdiyi mühüm məşğulluq proqramının ictimai rəydə nüfuzuna xələl gətirir.

Departament rəhbəri onu da əlavə edib ki, proqram çərçivəsində təqdim olunan heyvanlar əvvəlcədən yoxlanılır, onların keyfiyyəti və istifadə üçün yararlılığı müvafiq aktla rəsmiləşdirilir. Paylanma zamanı vətəndaşlara kənd təsərrüfatı aktivlərini seçmək imkanı verilir və seçimdən sonra onların məmnunluğu videoyazı və imza ilə təsdiqlənir. Bütün bu proseslər sənədləşdirilərək Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında müvafiq bölmədə yerləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!