Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Murad Həşimov qurumdan ayrılması ilə bağlı sosial şəbəkə paylaşımı edib.
Yenisabah.az xəbər verir ki, o, paylaşımında Sosial Xidmətlər Agentliyində keçirdiyi illəri və əməkdaşları ilə olan münasibətləri dəyərləndirərək minnətdarlığını bildirib:
“Bəzən hissini ifadə etməyə sözlər yetmir. O bəzən məhz dünən yaşandı. Benefisiarları ilə yanaşı keçmiş əməkdaşına da diqqət, dəyər və qayğısını əsirgəməyən əziz və doğma Sosial Xidmətlər Agentliyində mənimlə belə sağollaşdılar. Heç vaxt unutmayacağım illəri, anları yaşatdığı üçün bu kollektivin hər bir üzvünə, xüsusi olaraq isə hörmətli və dəyərli, Agentliyin İdarə heyətinin sədri Cənab Vüqar Behbudova dərin təşəkkürümü bildirirəm! Əziz SXA – indi və hər zaman minnətdaram!” pizza mizza
Murad Həşimov paylaşımında həmkarlarına və rəhbərliyə səmimi təşəkkür edərək Agentlikdəki fəaliyyətinin onun üçün unudulmaz xatirələrlə dolu olduğunu vurğulayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız