“Ağıllı ol...” - Fərda Xalq artistimizə görə Okan Bayülgeni “duel”ə çağırdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ağıllı ol...” - Fərda Xalq artistimizə görə Okan Bayülgeni “duel”ə çağırdı - Video

Şou

05 Yanvar 2020 10:57 7332


Xəbə verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımov qızı - Əməkdar artist Fərqanə Qasımova ilə “Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində iştirak edib. Efir zamanı türkiyəli şoumen, aparıcı Okan Bayülgenin tanınmış xanəndəmizə ünvanladığı sual müzakirələrə səbəb olub. “Kayırır” sözünü anlamayan Alim Qasımov çətin vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanlı aktyor Fərda Amin də bununla bağlı fikirlərini açıqlayaraq O. Bayülgeni sərt tənqid edib. O, türkiyəli aparıcını “duel”ə də çağırıb:

“Ey, ey, ey...Sən öz ətrafında dönən olaylarla bizi qarışdırma, Okan Bayulgen.  “2020 espiri hocası" talmağına gərək yoxdur, Mən - Fərda Amin sevdiyin dildən öyrədərəm. pizza

Alim Qasımov lazım olsa, sənin ürəyin istədiyin adamı... 

Ağıllı ol, sənin zarafatların gecikdi. Ağıllı ol, özünü bir şey zənn etmə. İstəsən, sənin şou zənn etdiyin məkanında görüşək, səni zarafatın atasının içinə gömərəm. Alim Qasımov ustad sənətkardır. Okan Bayulgen, sən isə get oynaya bildiklərinlə zarafat et!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!