Ağır yanıq xəsarətləri ilə Şəmkirdən Bakıya gətirilən gənc vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Ağır yanıq xəsarətləri ilə Şəmkirdən Bakıya gətirilən gənc vəfat etdi

Hadisə

03 Aprel 2025 00:48 350


Ağır yanıq xəsarətləri ilə Şəmkir rayonundan Bakıya gətirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 23 yaşlı N.Yusifov paytaxtda yerləşən xəstəxanaların birində göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Xatırladaq ki, hadisə bir neçə gün öncə Şəmkir rayonunun Tatarlı kəndində qeydə alınıb. Belə ki, tanışının evinə qonaq gələn N.Yusifov fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobanın ani alışması nəticəsində ağır yanıq xəsarətləri almışdı. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!