Ağır yol qəzası: “Rang Rover” aşdı, yaralılar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağır yol qəzası: “Rang Rover” aşdı, yaralılar var - Fotolar

Hadisə

06 İyun 2021 20:11 1265


Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Rang Rover” markalı minik maşınları toqquşub. Marqarita pizza

Qəza zamanı “Vaz 2106” markalı maşının sürücüsü 2000-ci il təvəllüdlü İsmayıl Orxan Mehdi oğlu və “Rang Rover”in sürücüsü 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir sərnişinin də xəsarət aldığı qeyd edilib. Onun adı dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!