“Ağız-ağıza öpüşür, qol-boyun gəzirlər”   – ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Ağız-ağıza öpüşür, qol-boyun gəzirlər” – ETİRAZ

Sosial

19 İyun 2020 14:42 809


“Hökümət yenidən sərt karantin tədbirlərinə əl atdı. Bu, gözlənilən idi. Çünki sevimli millətimi anlamıram. Hələ də çoxları koronavirusun olduğuna inanmır. Sadə fəhləsi də, məmuru da”. 

Yenisabah.az xəbər verir ki, by sözləri tanınmış yazıçı Elçin Hüseynbəyli deyib. Bakının Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrosunun yaxınlığında yaşadığını qeyd edən yazar insanların virusa qeyri-ciddi münasibətindən şikayətlənib:

“Əksəriyyətin vecinə deyil. Axşamlar ağız-ağıza öpüşür, qol-boyun gəzirlər. "Uhan bazarı" dediyim "Vosmoy bazarı" əsl koronavirus imperiyasıdır. Əsas ocaq ordadır. Adamlar bir-birinin içində, belindədir. Barmaqla sayılası adamda maska görərsən. Və ən dəhşətlisi budur ki, nəzarət yoxdur. Hələ mən "Neftçilər" ərazisində kiminsə cərimələndiyinin, yaxud cəzalandırıldığının şahidi olmamışam. Cəzasılıq adamları arxayınlaşdırır. Kimdən kimə şikayət edək, bilmirəm!” Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!