“Ağlasan da, sızlasan da, tək yaşasan da…”   – Aygün Bəylər + Video

saytların hazırlanması

Evə çatdırılma

“Ağlasan da, sızlasan da, tək yaşasan da…” – Aygün Bəylər + Video

Şou

25 İyun 2020 14:59 1729


Əməkdar artist Aygün Bəylər şəxsi həyatı barədə açıqlamalar verib. 

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan "Nanəli" verilişinin qonağı olan sənətçi həyatında heç kimin olmadığını deyib: "Həyatda tək yaşayan qadınlar var. Sevginin özü elə ayrılıqdır, yaxud da ayrılıq özü sevgidir. Ona görə də insan ayrılıqla barışmaq məcburiyyətində olur. Ağlasan da, sızlasan da, tək yaşasan da sonda belə nəticəyə gəlirsən ki, bu, Allahın yazısıdır. Onu yaşamaq lazımdır. Aygün Bəylər kimi yaşayanlar da var. Ayrılığı yaşamaq çox çətindir". 

Xatırladaq ki, bir müddət əvvəl A.Bəylərin ikinci dəfə ailə quracağı barədə xəbərlər yayılmışdı. Xanım sənətçinin nazirlərdən birinin əmisi oğlu ilə kəbin kəsdirdiyi deyilsə də, o bunun şayiə olduğunu bildirmişdi.  pizza mizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!