“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...”   - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ

Sosial

15 May 2025 11:05 1022


Bəzən görünən sadə bir qərarın arxasında ağır hüquqi və mənəvi məsuliyyət gizlənir. Tibbi protokollardan kənara çıxmaq bəzən həyatla ölüm arasında incə bir xəttə çevrilə bilər. Xüsusilə də doğuş kimi riskli və həssas proseslərdə. Bəs evdə baş verən doğuş zamanı məsuliyyət kimə aiddir? Gözlənilməz nəticələr baş verərsə, bunun arxasında kim dayanır?

Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova “Yeni Sabah”a açıqlamasında önəmli məqamları oxucularımızla bölüşüb:

“Burada birbaşa olaraq çox kobud şəkildə qanun pozuntusu var. Çünki həkimin heç bir halda evdə doğuş qəbul etməyə ixtiyarı yoxdur. Bu birbaşa cinayət məsuliyyətidir. Həmin vəziyyətdə xəstənin analizi əlçatan olmaya, yaxud da xəstə haqda məlumatsız ola bilər. Vəziyyətdən asılı olaraq, kliniki ölüm keçirə, vəziyyəti pisləşə bilər. Həmçinin, bu doğulan körpənin də səhhəti üçün təhlükəlidir. İstənilən halda çox böyük riskdir və təbii ki, cinayət məsuliyyətini özündə ehtiva edir. Belə olan vəziyyətdə evdə doğuş olursa, üstündən neçə saat keçməsindən asılı olmayaraq, mütləq təcili tibbi yardım çağırılmalı və doğum mütləq qeydə alınmalıdır. Başqa bir durumda bunun nəticələrinə qatlanmaq məcburiyyətində qalacaqlar”. pizza hut

Hüquqşünas qeyd edir ki, evdə doğuş qəbul etmək həkim üçün karyerasının sonunu gətirə bilər:

“Maliyyə vəziyyətinə görə, xəstəxanaya gedə bilməyən və evdə doğuş edən şəxslərə gəldikdə isə,  bununla bağlı hər hansı imtiyazlar nəzərdə tutulmuş olmalıdır. Həkim özü də anlamalıdır ki, evdə doğuş qəbul edirsə, lazımi texniki avadanlıqlar onun üçün əlçatan olmayacaq. Belə bir durum faciəvi nəticələrə gətirib çıxara bilər. Ona görə də yekunda həmin şəxs məsuliyyət daşımaq məcburiyyətində qalacaqdır. Əvvəllər bu kimi halları ört-bastır etmək bəlkə də mümkün olardı, ancaq hazırda belə məsələlərə çox ciddi yanaşılır. Ağlı başında olan həkim heç bir məbləğə görə evdə doğuş prosesini həyata keçirməyi öz məsuliyyətinə götürməməlidir. Bu özünün karyera sonunun fərmanını imzalamaq deməkdir”.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnarə
    Hüquqşünas xanım tamamilə doğru qeyd edir. Hal- hazırda rayon və kəndlərdə bu məsələlər açıq şəkildə edilir və ana və ya uşaq ölümü ilə nəticələnir. Ona görə də insanları maarifləndirmək lazımdır.
    12 months ago