“Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi...” –   Ekspert nazir oğlu haqda

saytların hazırlanması

Evə çatdırılma

“Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi...” – Ekspert nazir oğlu haqda

Siyasət

06 Fevral 2020 07:36 4947


“Hərənin bir problemi var, bəzi adamların ağlı var, pulu yoxdur, digərlərinin isə ağlı yoxdur, pulu çoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu sosial şəbəkədə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu haqda yazıb.

Q. İbadoğlu deeyir ki, 46-cı Şirvan seçki dairəsindən deputatlığa keçmiş namizəd olan Rəşad Camalov ikincilərdəndir: “Mətbuatda Camalovların varidatı ilə bağlı dərc olunan yazılardan göründü ki, onun yaxşı pulu var, amma ağlı yoxdur.  Pepperoni pizza

Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi, 10-15 istedadlı Azərbaycan gəncini xaricə oxumağa göndərər, 20-30 şəhid ailəsinə yardım edərdi. Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?

Heç şübhəsiz ki, bundan sonra işini də itirəcək, hələ üstəlik varını və dövlətini də, qələmi də sınacaq, kitabı da bağlanacaq. Burda deyirlər ki, ata malı uşağı yanşaq eylər...”

Xatırladaqq ki, Y. Camalovun oğlu Rəşad Camalovun deputatlığa namizədliyi ötən gün MSK tərəfindən ləğv olunub. Buna səbəb onun ikili vətəndaşlığının olması göstərilib. R. Camalov həmçinin DTX-nın əməkdaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!