Ağstafada 41 yaşlı qadın itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada 41 yaşlı qadın itkin düşdü - Foto

Hadisə

15 Noyabr 2024 18:40 1188


Ağstafada 41 yaşlı qadın itkin düşüb.

Yenisabah.az xəbər verir ki, Ağstafa rayonunun Poylu kənd sakini, 1983-cü il təvəllüdlü Leyla Mürşüd qızı Əlləzova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 147 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli şalvar, ağ rəngli köynək, tünd qəhvəyi gödəkçə, qara rəngli ayaqqabı olub. pizza

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Ağstafa Rayon Polis Şöbəsinin (022) 225-25-52 şəhər və 050-557-57-82 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!